Təhsil Nazirliyinin “Qaynar xətti”nə  17101 müraciət daxil olub
03 mart 2016 10:19 (UTC +04:00)

Təhsil Nazirliyinin “Qaynar xətti”nə 17101 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində 17101 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə daxil olan zənglərin sayı 12788 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 dəfə çox, 2014-cü il ilə müqayisədə 3,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 2,3 dəfə çox) olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4313 vətəndaşa xidmət göstərilib.

 

Bildirək ki, telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1353 sənədlər (661 məktub, 527 ərizə, 165 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

 

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3368 zəng) və çərşənbə (2611 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1154 müraciət), çərşənbə axşamı (833 müraciət) və çərşənbə (831 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar