Təhsil Nazirliyinin 5 illik hesabatı
19 iyun 2013 20:08 (UTC +04:00)

Təhsil Nazirliyinin 5 illik hesabatı

“Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın icrası dövründə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib, 3 yeni peşə təhsili müəssisəsi yaradılıb, bir sıra peşə təhsili müəssisələrinin maddi-texniki bazası yeniləşdirilib.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Proqramı çərçivəsində 60-a yaxın peşə təhsili müəssisələri üçün ümumi dəyəri 3 634 500 manat məbləğində müxtəlif texnika, maşın, mebel və avadanlıqlar alınmış, müxtəlif peşələrə dair dərslik, dərs vəsaitləri və əyani vəsaitlər çap olunmuş, peşə təhsili müəssisələrinə çatdırılıb.

 

Bundan əlavə, regionda kino-televiziya sahəsi üzrə ixtisaslaşdırılan yeganə peşə təhsili müəssisəsi 5 nömrəli Bakı peşə məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib, Naxçıvan şəhəri, Qəbələ və İsmayıllı rayonlarında müasir tipli yeni peşə təhsili müəssisələri istifadəyə verilib. Proqram çərçivəsində işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Bu əməkdaşlığa “Knauf”, “Gilan Turizm”, “Büllur”, “BOSH” və digər işəgötürən şirkət və təşkilatlarla yaradılmış əlaqələri misal göstərmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770
avatar

Oxşar yazılar