Təhsil Nazirliyindən diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət
06 aprel 2017 16:39 (UTC +04:00)

Təhsil Nazirliyindən diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət

Təhsil Nazirliyi bəzi şəhər və rayonlarda fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması məsələsinə aydınlıq gətirib.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi BağırovAPA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Onun sözlərinə görə, Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir: “Bunlara həmin müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmaması, bu işdə səlahiyyətli şəxslərin cəzalandırılması daxildir”.

 

 
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqədənkənar işə qəbul olunan şəxslər yenidən müəllim kimi fəaliyyət göstərmək istəyirlərsə, işə qəbul üzrə müsabiqədə (imtahan və müsahibə) iştirak etməlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

APA Baycan

Oxşar yazılar