Təhsil Nazirliyindən 167 gəncə şad xəbər
19 sentyabr 2013 18:33 (UTC +04:00)

Təhsil Nazirliyindən 167 gəncə şad xəbər

Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 167 namizəd barədə müsbət qərar verilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində  xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 482 namizəd barədə müsbət qərar verilib. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, həmin gənclərin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.

# 1374

Oxşar yazılar