Təhsil Nazirliyində yeni şöbə yaradılıb. Lent.az-ın məlumatına görə, yeni şöbə Təhsil proqramlarının inkişafı şöbəsidir. Həmin şöbəyə Emin Əmrullayev müdir təyin olunub.
E. Əmrullayev indiyi qədər nazirlikdə Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb. Faktı Təhsil Nazirliyində təsdiq ediblər.