Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Sağlam təhsil sinfi” layihəsi çərçivəsində 100 məktəb direktoru üçün seminar keçirilib. Lent.az-ın məlumatına görə,
nazirliyin aparıcı məsləhətçi Afət Süleymanova jurnalistlərə bildirib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiqi istiqamətində bir çox addımlar atılır və bunlardan biri də “Sağlam təhsil-sağlam millət” layihəsidir. Onun sözlərinə görə, bu layihə ötən ildən həyata keçirilməyə başlanıb: “Bir çox araşdırma aparılıb, beynəlxalq təcrübə öyrənilib, monitorinqlər həyata keçirilib. Layihə çərçivəsində respublikanın müxtəlif məktəblərin ayrı-ayrı yaş hədlərində uşaqlar tibbi müayinələrə cəlb edilir, sağlamlıq durumları öyrənilir. Araşdırmalar göstərir ki, artıq uşaqların təhsil mühitində sağlamlığının qayğısına qalmağın vaxtı gəlib çatıb. Bu məqsədlə layihə çərçivəsində Bakı şəhərinin 5 məktəbində, Sumqayıt şəhərinin 1 məktəbində hər məktəbdə 2 sinif olmaqla “Sağlam təhsil sinfi” yaradılıb.
A.Süleymanovanın sözlərinə görə, bu layihəni Rusiyada təqdim edən akademik Vladimir Filippoviç Bazarnı keçən ilin sentyabrında Azərbaycana gəlib və layihə barədə müvafiq məlumatlandırma aparıb: “Növbəti mərhələdə bu layihə 100 məktəbdə pilot layihə kimi tətbiq olunacaq. Belə bir məsuliyyət işin ərəfəsində Təhsil Nazirliyi belə bir qərar gəldi ki, Vladimir Filippoviç Bazarnı yenidən Azərbaycana dəvət olunsun və növbəti mərhələdə pilot olaraq tətbiq olunacaq 100 məktəbin direktoru, psixoloqları, tibb heyəti, eyni zamanda siniflərin müəllimləri seminarlara dəvət olunsunlar. Bu gün 100 məktəbin direktoru seminara cəlb olunub və onlara çərçivəsində layihədə barədə ətraflı məlumat verəcək".
V.Bazarnının sistemi Rusiyanın müxtəlif regionlarında tətbiq edilir. Artıq 3 mindən artıq təhsil müəssisəsində bu metodika həyata keçriilir. Bununla yanaşı xarici ölkələrdə də bu sistem tətbiq olunmaqdadır.

Təhsil Nazirliyi məktəb direktorlarını topladı
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09