Təhsil Nazirliyi iki dərsliyin qrifini ləğv etdi
16 aprel 2013 15:33 (UTC +04:00)

Təhsil Nazirliyi iki dərsliyin qrifini ləğv etdi

Azərbaycan Təhsil Nazirliyi 2 plagiat ali məktəb dərsliyinin qrifini ləğv edib.


 

Bunlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi Kulturologiya” kafedrasının müdiri İlqar Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləridir.

 

Bu barədə APA-ya Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) sabiq dosenti, sözügedən kitabların plagiat olması ilə bağlı Müəllif Hüquqları Agentliyinə və Təhsil Nazirliyinə müraciət edən Elmira Alxasova bildirib. Onun sözlərinə görə, Nazirliyin aparat rəhbəri İlham Pirməmmədovun adından ona göndərilən məktubda qeyd edilib ki, profesor İlqar Hüseynov tərəfindən plagiat hallara yol verildiyinə dair məsələ ilə əlaqədar Müəllif Hüquqları Agentliyinin Təhsil Nazirliyinə ünvanladığı məktub araşdırılıb və müəyyən tədbirlər görülüb: “Belə ki, professor İlqar Hüseynovun həmmüəllifliyi ilə hazırlanmış “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” kitablarında professor Ağayar Şükürovun “Kulturologiya” kitabından köçürmələrə və plagiatlığa yol verdiyindən həmin əlyazmalarının dərslik kimi  təsdiqi barədə 24.11.2009–cu il tarixli, 1324 nömrəli və 17.01.2012-ci il tarixli, 37 nömrəli əmrlər Nazirliyin 19.03.2013 –cü il tarixli, 429 nömrəli əmri ilə ləğv edilib”.

 

E. Alxasova deyib ki, İ. Hüseynovun plagiatlıq əməlləri bunlarla yekunlaşmır: “İlqar Hüseynovun həmmüəllifliyi ilə hazırlanmış “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” kitablarında professor Ağayar Şükürovun “Kulturologiya”, Telman Haqverdiyevin “Abidələr tarixin sirdaşıdır”, “Bədii-kütləvi işin təşkili və metodikası”, Aslan Aslanovun “Estetika aləmində”, Azad Nəbiyevin “El nəğmələri, xalq oyunları”, Firəngiz Xəlilovanın “Adət və ənənələr”, Ziya Göyalpın “Türkçülüyün əsasları”, Rasim Əfəndiyevin “Azərbaycan incəsənəti”, Kamal Həsənovun “Qədim Azərbaycan xalq rəqsləri”, Nizami Xuduyevin “Radio, televiziya və ədəbi dil”, Cəfər Cəfərovun “Azərbaycan teatrı”, Yusif Yusifovun “Qədim şərq tarixi”, Əlikram Tağıyev və Qoşqar Əliyevin “Kulturologiya”, İnqilab Kərimovun “Azərbaycan-Türkiyə teatr əlaqələri” kitablarından və internet saytlarından köçürmələrə yol verilib. Onun profesor adı almaq üçün öz adına çıxdığı kitablardan ikisi – “Tətbiqi kulturologiya” (2004) və “Turizmin əsasları” (2007) adlı dərsliklər kafedranın əməkdaşları tərəfindən hazırlanmış kollektiv nəşrlərdir. Bu kitablardan biri 13, digəri isə 9 müəllif tərəfindən yazılıb. İlqar Hüseynov kollektiv əməyin məhsulu olan bu dərsliklərin üzərinə öz adını yazıb və şəklini  verib. Bu dərsliklərin professor İlqar Hüseynovun adı ilə getmiş bölmələrində də plagiatlıq hallarına yol verilib. Hazırda bu plagiatlıq faktlarının üzə çıxarılması üzərində iş gedir. Bütün bunlara əsasən, ADMİU-nun Elmi Şurası tərəfindən verilmiş  “professor” adı ləğv olunmalı və İlqar Hüseynovun professor adı daşıdığı iki il ərzində onun bu elmi ada görə almış olduğu pullar alınaraq universitetin büdcəsinə qaytarılmalıdır”.

 

Məsələ ilə bağlı danışmaq istəmədiyini deyən İlqar Hüseynov isə APA-ya açıqlamasında qeyd edib ki, artıq bu məsələ bitib: “Bu söhbəti çürütməyin heç bir mənası yoxdur. Artıq bir ildir bu söhbət gedir. Belə söhbətlər insanın işgüzar həyatına təsir edir”.

# 1040
avatar

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57