Təhsil Nazirliyi: ...borcludurlar
29 may 2013 11:45 (UTC +04:00)

Təhsil Nazirliyi: ...borcludurlar

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə, xüsusi istedada malik şagirdlər vaxtından əvvəl I sinfə qəbul oluna bilərlər. Bunun tənzimlənməsi üçün qaydalar da var. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirlik distant təhsilalma məsələsinə də aydınlıq gətirib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu təhsil formasında informasiya texnologiyalarından əsas vasitə kimi istifadə olunduğundan onun tətbiqi üçün müvafiq ali təhsil müəssisələri müasir informasiya texnologiyaları vasitələri və avadanlıqları ilə təchiz olunmalı, tədrisi məsafədən təşkil etmək üçün ixtisaslaşdırılmış internet-auditoriyaları yaradılmalıdır. Hazırda Respublikanın bir neçə ali təhsil müəssisəsində bu istiqamətdə müəyyən işlər aparılır. Onlar başa çatdıqdan sonra həmin ali təhsil müəssisələrində distant təhsilalma formasının tətbiqi məsələsinə baxılacaq.

 

Nazirlik həmçinin orta məktəblərdəki tibb məntəqələrinin fəaliyyətinə də aydınlıq gətirib. Ümumtəhsil məktəblərində tibb otağı fəaliyyət göstərir, həkim, tibb bacısı ştatları var. Tibbi xidmət işçiləri yerli səhiyyə təşkilatları ilə əlaqə saxlayır, şagirdlərin sağlamlığının vəziyyəti haqqında məlumatları toplayıb sistemləşdirir, zəruri hallarda tibbi yardım göstərirlər. Onlar uşaqların səhhətindəki hər hansı bir çatışmazlıq haqqında məktəbin rəhbərliyinə, müəllimlərə məlumat verməyə borcludurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1535

Oxşar yazılar