Mikayıl Cabbarovdan xüsusi təhsil məsələləri barədə <span style="color:red;">ƏMR
07 iyul 2015 12:31 (UTC +04:00)

Mikayıl Cabbarovdan xüsusi təhsil məsələləri barədə ƏMR

Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, Xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub. Həmçinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılmalıdır.

Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə veriləcək.

Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası bir ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir. 

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etməsi tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar