Şuranın Apelyasiya Komissiyası 3 QHT-nin şikayətinə baxdı
30 aprel 2013 18:24 (UTC +04:00)

Şuranın Apelyasiya Komissiyası 3 QHT-nin şikayətinə baxdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə Şuranın üzvü Sahib Məmmədovun sədrliyi ilə keçən iclasda maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 6 QHT-nin şikayəti araşdırılıb.

 

Komissiyanın üzvləri - Şura üzvü Dilarə Vəliyeva, Vüqar Qədirov, Şuranın icraçı direktoru Fərasət Qurbanov və Şuranın Katibliyinin aparıcı məsləhətçisi Azər Rəhimov bu təşkilatların təqdim etdiyi layihələrlə əvvəlcədən tanış olduqlarını bildiriblər. Komissiyaya müraciət etmiş 6 təşkilatdan 3-ü ərizəsini geri götürüb, 3-ü - .”EKO-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik” İctimai Birliyi,  “Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi və “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyinin rəhbərləri isə iclasda iştirak etdiyi üçün onların şikayəti araşdırılıb.

 

Komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və qarşılıqlı anlaşma və diskussiya şəraitində keçən müzakirələrdə QHT rəhbərlərinə onların layihələrində buraxılan nöqsanlar barədə təklif və çatışmazlıqlar bildirilib. Komissiya üzvləri hər bir şikayət üzrə ayrılıqda qərar qəbul edib və həmin  3 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın əvvəlki qərarı qüvvədə saxlanılıb.

İclasda çıxış edərək QHT nümayəndələrinə müraciət edən Komissiya üzvləri onlardan hazırda daha artıq məsuliyyətin və konkret işin tələb olunduğunu bildirib. Qurum təmsilçiləri vurğulayıblar ki, hazırda layihələrin qiymətləndirilməsində subyektivliyin aradan qaldırılması istiqamətində davamlı olaraq işlər aparılır və hər bir sənədə baxılması qaydası şəffaf şəkildə yerinə yetirilir.

 

Bununla da Apelyasiya Komissiyası öz işini yekunlaşdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar