Şura “Elm haqqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib
25 aprel 2013 15:41 (UTC +04:00)

Şura “Elm haqqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib

0

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında toplaşmış, elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilib.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantını açan Şura sədri Azay Quliyev ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılmazdan öncə QHT-lərin müzakirəsinə verilməsini müsbət praktika kimi dəyərləndirib.

 

Azay Quliyev təşkilat rəhbərlərindən ciddi rəy və təkliflər gözlədiyini bildirib. Müzakirələrdə çıxış edən QHT rəhbərləri Rəna Mirzəzadə, İlqar Orucov, Məhərrəm Zülfüqarlı, Adil Əsədov, Ruslan Atakişiyev, Etibar Əliyev, İbrahim Əliyev, Yusif Ağayev, Əhməd Qəşəmoğlu, Niyazi Həsənov, Hüseyn İbrahimov, Teymur Muradov, eləcə də  Sahib Məmmədov, Şahin Rəcəb, Vüsalə Hüseynli və başqaları qanun layihəsilə bağlı öz fikirlərini bildirərək, əlavə təkliflərini səsləndiriblər. Müzakirələr çox geniş diskussiyaya səbəb olduğundan bütün təklif və düzəlişlərin ümumiləşdirilməsi və bir daha müzakirədən keçirilməsi üçün 7 nəfərdən ibarət redaksiya komissiyasının yaradılması qərara alındı. Ümumi razılıq əsasında komissiyaya  XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev (komissiyanın əlaqələndiricisi), Orucov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Məmmədov, “Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyinin sədri Əhməd Məmmədov, Atakişiyev, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev,  Əliyev, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, Sosial-Mədəni Dəyişiklərin Öyrənilməsi ictimai Birliyinin sədri Hüseyn İbrahimov və Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri Adil Əsədov daxil ediliblər. Komissiyaya qanun layihəsinə rəy və təklifləri bir həftə ərzində toplayıb ümumiləşdirmək və Şura rəhbərliyinə təqdim etmək tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1468

Oxşar yazılar