Azərbaycan prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il büdcəsi haqqında qanunu təsdiqləyib.
"APA-Economics" xəbər verir ki, DSMF-nin 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilib.
2018-ci ildə DSMF-nin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
|
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
1. |
Məcburi dövlət sosial sığorta haqları, cəmi |
2 273 260 000,0 |
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
738 100 000,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
100 600 000,0 |
1.3. |
büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar |
26 300 000,0 |
1.4. |
digər sığortaedənlər, o cümlədən: |
1 408 260 000,0 |
|
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə |
60 000 000,0 |
2. |
Sair gəlirlər, cəmi o cümlədən: |
5 500 000,0 |
|
Sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar |
1 800 000,0 |
3. |
Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait |
1 300 000 000,0 |
DSMF-nin 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
|
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
1. |
Əhaliyə ödənişlər üzrə xərclər |
3 495 100 000,0 |
1.1. |
əmək pensiyalarının ödənilməsi xərcləri |
3 407 000 000,0 |
1.2. |
məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri |
88 100 000,0 |
1.2.1. |
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə |
23 300 000,0 |
1.2.2. |
hamiləliyə və doğuşa görə |
28 500 000,0 |
1.2.3. |
uşağın anadan olmasına görə |
7 200 000,0 |
1.2.4. |
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar |
13 400 000,0 |
1.2.5. |
dəfn üçün |
15 700 000,0 |
2. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər |
20 000 000,0 |
2.1. |
sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına |
15 530 000,0 |
2.2. |
sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə |
340 000,0 |
2.3. |
sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına |
210 000,0 |
2.4. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) |
2 600 000,0 |
2.5. |
Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına |
1 320 000,0 |
3. |
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri |
20 500 000,0 |
4. |
Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri |
41 500 000,0 |
5. |
Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri |
60 000,0 |
5.1. |
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
30 000,0 |
5.2. |
Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
30 000,0 |
6. |
Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri |
1 600 000,0 |