Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftədə daxil olan çağırışların statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1-7 iyul tarixlərində Stansiyaya 11585 çağırış daxil olub. Çağırışlar nəticəsində 1073 nəfər hospitallaşdırılıb.
Çağırışlar əsasən günvurma, suda boğulma, həşərat sancmaları ilan sancmaları, yol nəqliyyat hadisələri, travmalar, yoluxucu xəstəliklər və s. məsələlərlə əlaqədar olub.