Son 4 ayda 7 hərbçimiz düşmən gülləsindən həlak olub
03 may 2013 20:18 (UTC +04:00)

Son 4 ayda 7 hərbçimiz düşmən gülləsindən həlak olub

 

 Bu gün Azərbaycan ictimaiyyətinin bir qrup nümayəndəsi, eləcə də millət vəkilləri təmas xəttinin Füzuli rayon istiqamətində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində olublar.


APA-nın xəbərinə görə, qonaqlar hərbi hissədə əsgər və zabitlərin yaşayış şəraiti, onların ərzaq təminatı və digər məsələlərlə tanış olublar, bundan sonra ön xəttə gedərək burada qulluq edən əsgərlərin xidmət şəraitləri ilə maraqlanıblar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu səhra-döyüş şəraitində mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, bu ilin 4 ayı ərzində Ermənistan Silahlı Qüvvələri 705 dəfə atəşkəs rejimini pozub, hər ki tərəfdən itkilər olub. Düşmən atəşkəsi Ağdam, Füzuli, Xocavənd, Goranboy istiqamətində daha intensiv şəkildə pozub. Bu ilin 4 ayı ərzində Azərbaycanın 7 hərbçisi düşmən gülləsindən həlak olub. Bundan əlavə, təmas xətti boyunca ATƏT sədrinin şəxsi nümayəndəliyinin mandatına uyğun olaraq 9 dəfə monitorinq keçirilib”.

 

E. Sabiroğlu qeyd edib ki, hər dəfə monitorinqin keçiriləcəyi haqqında məlumatlar yayıldıqda ermənilər cəbhə xəttində aktivlik nümayiş etdirirlər. Onun sözlərinə görə, bu ərəfədə Ermənistan Silahlı Qüvvələri bütün təmas xətti boyunca atəşkəsi dəfələrlə pozur və bilərəkdən dünya ictimaiyyətinə yanlış informasiyalar ötürürlər ki, guya Azərbaycan tərəfi atəşkəs rejiminə riayət etmir.

 

Mətbuat xidmətinin rəhbəri son illər hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb. O vurğulayıb ki, son illər ərzində 543 hərbçi ailəsinə yeni mənzillər verilib. Daha 434 hərbçiyə isə yeni mənzillərin verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar