Şirvan Milli Parkında yanğın olub
16 avqust 2016 13:20 (UTC +04:00)

Şirvan Milli Parkında yanğın olub

0

 

Dünən gecə saat 22:00 radələrində Salyan rayonunun Dağüstü kəndinin inzibati ərazisində baş verən yanğın güclü küləyin olması səbəbindən Şirvan Milli Parkının ərazisinə keçib.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Yanğının qarşısının alınması üçün əsasən əl əməyindən, həmçinin müvafiq texniki vasitələrdən istifadə olunaraq saat 23:00 radələrində tamamilə söndürülüb.

 

Bildirək ki, yanğın nəticəsində Milli Parkın təxminən 8 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

 

 

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar