Şirniyyatın və ya şəkərin zərəri barədə alim-dietoloqlar çoxdandır xəbərdarlıq edirlər. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu sahədə yeni –yeni kəşflər etməkdədir.
İndiana Universiteti bir qrup aliminin apardığı araşdırmaya əsasən, insanların şirniyyatı çox istəməsi onun alkoqolizmə meylliyinin göstəricisidir.
Maqnit-rezonans tomoqrafiyası ilə insan beynində gedən prosesi öyrəniblər. Araşdırmada 16 könüllü iştirak edib. Məlum olub ki, insan beyninin şəkərə, ona tələbat doğuran hissəsi həm də alkoqola meylliklə eyni yerdədir.
Alimlər bildirib ki, beynin sol yarımkürəsi şirin suya daha güclü reaksiya verir.
Onların qənaətincə, bu, alkoqoldan asılılığın müalicəsinə də təsir göstərə bilər.