Səyyar ASAN xidmət 2 – 16 oktyabr tarixlərində Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.
Səyyar avtobuslar həmçinin oktyabrın 5-dək Şamaxı, Lənkəran, Quba, Mingəçevirdə, Goranboyda, oktyabrın 24-dək Şirvan və Xırdalanda, oktyabrın 18-dək Ucarda vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlərƏdliyyə Nazirliyi, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.