Səyyar "ASAN xidmət" Binədə
21 iyul 2015 10:57 (UTC +04:00)

Səyyar "ASAN xidmət" Binədə

Bakı şəhərinin sakinləri iyulun 20-29-da səyyar "ASAN xidmət"dən Xəzər rayonunun Binə qəsəbəsində yararlana biləcəklər. Lent.az-ın məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən təqdim olunur.

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar