Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Mart
28 mart 2016 20:22 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Mart

GÜNÜN ŞƏRHİ
 
Terror adiləşir... Törədilən partlayışlar nə miqyas, nə məkan baxımından 11 sentyabr hadisələrinin effektini vermir... Artıq terrorun coğrafiyası Avropanın toxunulmaz şəhərlərini də əhatə edir. Ankara, Brüssel, Paris... Sonra hara, hara və hara... Terror anlayışının qorxuncluğu elə onun adiləşməsindədir... Pakistanda onlarla uşaq terrorun qurbanı olur, Avropanın siyasi mərkəzləri partlayışlarla oyanır... Terrora qarşı ictimai reaksiyalar isə siyasi reaksiyaları qat-qat üstələyir... Sosial şəbəkələrdə terrora məruz qalan ölkənin bayrağına bürünmək ictimai etiraz formasına çevrilir... Əslində bu etiraz formaları terror aktı törədənlərə deyil, terrorun bu qədər əl-ayaq açmasına imkan verənlərə - fövqəlgüclərə yönəlib... Az qala hər kəs haqlı olaraq hesab edir ki, Brüssel və Parisdə partlayışlar bir zamanlar Qərbin terror təşkilatlarına qarşı loyallığının doğurduğu bumeranq effektidir...
 
Terrorun konkret tərifi yoxdur. Bizim üçün terror bu gün Türkiyədə küçələri boşaldan, İstanbul və Ankaranı "hayalet şəhərləri"nə çevirən bir qorxudur. Küçələrə çıxmayan, ictimai nəqliyyatdan istifadə etməyən, evlərə qapanan Türkiyə vətəndaşlarının ehtiyatlanmağa haqqı var. Çünki nəticə çıxarmağı, dərs almağı bacarırlar. İŞİD təhdidlərini davam etdirir, İsrail vətəndaşlarını geri çağırır, az qala hər gün "canlı bomba" tutulur... Üstəlik Anadoludakı soydaşlarımız Türkiyəni bu təhdiddən qoruyacaq, özündən başqa güvənəcəyi kimsənin olmadığını da anlayır... Obama terror qurbanına çevrilən ölkənin prezidentini - Rəcəb Tayyip Ərdoğanla görüşdən imtina edir, İordaniya prezidenti Türkiyəni Avropaya terrorçu ixrac etməkdə suçlayır... Və "pazl"da bütün hissələri yerinə qoyan insanlar ölkənin növbəti terror təhlükəsi ilə üz-üzə olduğunu anlayır... Və anlayır ki, terroru lənətləməklə iş bitmir... Bunu həm də təkcə Türkiyə vətəndaşları anlamır... Avropalılar da, lap elə amerikalılar da bunu dərk edir... Şərqlilər isə... Şərqlilər artıq on illərdir bu həqiqətə boyun əyiblər...
 
Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar