Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Avqust
11 avqust 2016 20:20 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Avqust

GÜNÜN ŞƏRHİ

 

Türkiyə - Rusiya münasibətlərinin əvvəlki məcraya qayıtması Dağlıq Qarabağ münaqişəsinin  necə təsir edəcək? Bununla bağlı iki fərqli fikir var. Birinci iddianın müəllifləri hesab edir ki, təsir pozitiv olacaq. Çünki aprel əməliyyatlarından sonra Rusiya Azərbaycanın maraqlarına daha uyğun mövqe nümayiş etdirir, Rusiya ilə münasibətləri normallaşdıran Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Bu baxımdan regionda mövcud şərtlər münaqişənin digər tərəfinə, yəni Ermənistana üçtərəfli təzyiq imkanı formalaşdırır. İkinci iddianın müəllifləri isə tam əksinə düşünür. Onlar hesab edir ki, Dağlıq Qarabaş münaqişəsinin hərbi yolla nizamlanmasında ən böyük uğur Türkiyə-Rusiya münasibətlərinin gərgin olduğu dövrə təsadüf edib. Digər tərəfdən ötən ilin noyabrına kimi Rusiya-Türkiyə münasibətləri kifayət qədər normal olub, amma bu amil Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir etməyib. O səbəbdən indi Moskva-Ankara yaxınlaşmasının münaqişənin həllinə hansı pozitiv təsirini gözləmək olar? Hər iki tərəfin arqumentləri əsaslıdır, lakin prezident Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinə dair son fikirləri birinci iddianı bir az önə çıxarır. Ərdoğan Azərbaycan-Türkiyə-Rusiya formatı təklif etdiyini, Rusiya prezidentinin bu təklifi qəbul etdiyini deyib. Əgər doğrudan da belədirsə, o zaman yaxınlaşmanın münaqişənin həllinə pozitiv təsirini gözləmək olar. Söhbət problemin tam şəkildə həllindən deyil, ən azı Ermənistanı masada olan həll variantına razı salmaqdan gedir. Bu isə yalnız təzyiqlə mümkündür və belə bir təzyiq üçün regionda müəyyən şərtlər formalaşıb. Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğu əvvəlki dövrlərdən fərqli olaraq hazırda Ermənistanda ciddi qeyri-stabillik hökm sürür, Azərbaycan danışıqlara aprel döyüşlərinin qalibi qismində gedir, Moskva və Ankaranın bir-birinə əvvəlkindən daha çox ehtiyacı var. Bu yanaşmada nəzərə alınmayan önəmli faktor ABŞ və Avropanın mövqeyidir. Hətta Rusiya istəsə belə, Qərb indiki situasiyada münaqişənin nizamlanmasına imkan verərmi? Bu sual ortaya çıxanda ikinci iddia müəlliflərinin daha çox haqlı olduğu görünür.

 

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar