Sərdar Həmidovun oğlunun maşını oğurlandı
19 may 2013 13:20 (UTC +04:00)

Sərdar Həmidovun oğlunun maşını oğurlandı

Mayın 19-da “Etatist.com” internet qəzetinin baş redaktoru, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadənin yaşadığı evin qarşısından avtomobili qaçırılıb. Hadisə Bakı şəhəri Nəsimi rayonu Suleyman Rəhimov-167 küçəsində onun yaşadığı evin qarşısında baş verib. Şəhriyar Məcidzadəyə məxsus VAZ 2107 markalı 90 GR 807 dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən oğurlanıb.

 

Şəhriyar Məcidzadə bildirdi ki, axşam maşını evin qarşısında saxladıqdan sonra şəhərə gedib, gecə saat 2 radələrində evə qayıdarkən maşın yerində olub: “Mən maşının oğurlandığını gecə saat 4-də eyvana çıxarkən bildim. Belə ki, maşının yerində olmadığını görüb aşağı düşdüm, ətrafa baxdıqdan sonra 102 xidmətinə zəng edib maşınımın oğurlandığını bildirdim. Məsələ ilə bağlı 22-ci polis bölməsinin əməkdaşları və təhqiqatçı polis baş leytenant Seyfullayev Zamiq Novruz oğlu oğurluq hadisəsi baş verən yerə baxış keçirdikdən sonra izahat verdim. Artıq məsələ ilə bağlı Nəsimi rayonu 22-ci polis bölməsində araşdırma aparılmaqdadır”

 

Qeyd edək ki, Şəhriyar Məcidzadə Tərtər rayonunun sabiq icra başçısı, Tərtər batalyonun komandiri, milli azadlıq hərəkatının iştirakçısı Sərdar Həmidovun oğludur.

 

musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1883
avatar

Oxşar yazılar