2015-ci ilin mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, o, məktubunda Azərbaycanın müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.
S. Samaraciya məktubunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
Serbiyalı jurnalistin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib.