Martın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gecə yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Martın 12-13-də Abşeron yarımadasında meteroloji amillərin normal sutkalıq gedişi meteroloji insanlar üçün əsasən əlverişli olsa da, ayın 14-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən giləvar küləyi narahatlıq hissi yarada bilər.