Fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.