Səməd Seyidovun dünya miqyaslı uğuru
13 may 2013 13:20 (UTC +04:00)

Səməd Seyidovun dünya miqyaslı uğuru

Kitabı dünyanın 100 bestselleri siyahısına düşdü

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” (Phenomenology of Creativity: “History", "Paradoxes”, “Personality”)  kitabı dünyanın məşhur “amazon.com” saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər siyahısına düşüb.

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 100 bestseller arasında ön yerlərdən birini tutan kitab dünya üzrə 100 ən yaxşı əsərin içərisində qərarlaşıb. (http://www.amazon.com/Phenomenology-Creativity-History-Paradoxes-Personality/dp/148178739X/ref=sr_1_1?s=books&ie=UTF8&qid=1368430754&sr=1-1&keywords=phenomenology+of+creativity)

Xatırladaq ki, “Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət” (Phenomenology of Creativity: “History”, “Paradoxes”, "Personality") adlı kitab  ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunmuşdu və məşhur amazon.com saytında yayımlanıb. Məşhur və nüfuzlu “amazon.com” saytında Səməd Seyidovun müəllifi olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin uğurudur. Kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr olunub. Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A. B. Dmitriyev və psixologiya elmləri doktoru, professor Q. İ. Yefremovadır. Kitab 2011-ci ildə Azərbaycan dilində də nəşr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar