Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mayın 15-də saat 11:00-da DSMF-nin Sabirabad şöbəsinin inzibati binasında Şirvan, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad sakinlərini qəbul edəcək.
DSMF-dən Lent.az-a verilən məlumata görə, qəbulda iştirak etmək üçün vətəndaşlar Salyan, Neftçala və Cəbrayıl rayonlarından mayın 15-də saat 08:30-da, Şirvan, Hacıqabul və Saatlıdan isə saat 09:00-da Fondun həmin şəhər və rayon şöbələrinin qarşısından onlar üçün ayrılmış nəqliyyatla Sabirabada gətiriləcəklər.