Şəkildə gördüyünüz bu şəxş bir aydan çoxdur ki, Dərbənd Mərkəzi Xəstəxanasında yatır. Bu barədə Lent.az-a “Dərbənd” qəzetinin müxbiri Telman Tahirli məlumat verib. Onun sözlərinə görə, xəstənin huşu özündə deyil: “Tək bildiyimiz Azərbaycan vətəndaşıdır. Təqribən 50 yaşlarında olar. Danışa bilmir, qırıq-qırıq cümlələr qurur. Deyilənləri də anlamır”.
Xəstəxanaya daxil olarkən üstündə şəxsiyyətini təyin edəcək heç bir sənəd olmayıb. Bu üzdən də həmin şəxsi Azərbaycana göndərə bilmirlər.
Bu şəxsin Quba-Xaçmaz zonasından ola biləcəyi ehtimal edilir. Şəkildəki şəxsi tanıyanlardan Lent.az-a, yaxud ailəsinə xəbər verilməsi xahiş edilir.
Əlaqə vasitələri: Tel.: (+ 994 12) 488-35-42, (+ 994 12) 488-35-43, (+ 994 12) 488-35-44
Fax : (+994 12) 488-35-79
Email : [email protected]