Səhiyyə Nazirliyi sınaq imtahanları keçirəcək
21 yanvar 2016 17:07 (UTC +04:00)

Səhiyyə Nazirliyi sınaq imtahanları keçirəcək

 

Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyası yanvar ayında yeni qaydalarla sınaq imtahanı keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün 433 - 08 - 93 nömrəsinə zəng edərək, qeydiyyatdan keçmək mümkndür. 

 

Sınaq imtahanları terapiya, ümumi cərrahiyyə, anesteziologiya-reanimatologiya və kardiologiya ixtisasları üzrə yanvarın 26-da, laboratoriya işi, mamalıq-ginekologiya, stomatologiya, pediatriya ixtisasları üzrə yanvarın 27-si, tibb bacısı, mama, feldşer və laborant ixtisasları üzrə isə yanvarın 29-da keçiriləcək.

 

Qeyd edək ki, imtahan saat 14:30 - da başlayır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

Oxşar yazılar