Səhiyyə Nazirliyi: ana ölümləri azalıb
14 may 2013 11:05 (UTC +04:00)

Səhiyyə Nazirliyi: ana ölümləri azalıb

Ölkəmizdə ana ölümləri azalıb. Lent. az-ın “Tibb qəzeti”nə istinadən verdiyi məlumata görə, respublikamızda hazırda qan tədarükü 6.8 tondan 25.9 tonadək artıb.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsi tam həcmdə dövlət hesabına təmin olunur. Ölkəmizdə yaradılmış 27  hemodializ mərkəzindən 20-si bölgələrdə fəaliyyət göstərir. Bu da xəstələri həftədə bir neçə dəfə Azərbaycanın müxtəlif yerlərindən Bakıya gəlmək məcburiyyətindən azad edir.

Elektron səhiyyə sistemi çərçivəsində yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman vasitələrinin dövriyyəsi, təcili tibbi yardımın dispetçer xidməti, uşaqlar üçün “Elektron sağlamlıq kartı”, obliqat qruplar üçün “Elektron tibbi müayinə kartı” sistemləri tətbiq edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar