Səhiyyə Nazirliyi: “Bakıda qanunsuz mövsümü obyektlər, çayxanalar təşkil olunur”
18 iyul 2013 13:30 (UTC +04:00)

Səhiyyə Nazirliyi: “Bakıda qanunsuz mövsümü obyektlər, çayxanalar təşkil olunur”

 

“Bu gün yay mövsümündə içməli suya təlabat artdığına görə Bakı şəhərinin ayrı-ayrı park və meydançalarında, qanunsuz mövsümü obyektlər çayxanalar təşkil olunur. Bunlar da vətəndaşlar arasında xəstəliklərin yayılması üçün real təhlükə mənbələridir”.

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyyəddin Kazımov “Ölkədə mövcud sanitar vəziyyəti və görüldüyü tədbirlər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, həmin ərazilərdə su-kanalizasiya sistemi sanitar normalara cavab vermir, bəzilərində heç bu sistem yoxdur və adi primetiv qaydada fəaliyyət göstərir. Onun sözlərinə görə, ölkədə əhalinin kütləvi toplaşdığı ərazidə açıq şəkildə qazlaşdırılmış suların, şirələrin, cürbəcür xəmir məmulatları-peraşki, qutabların satışı ilə əlaqədar görülən tədbirlərə baxmayaraq, problemlər qalmaqda davam edir.

 

Z. Kazımov qeyd edib ki, yay mövsümündə kəskin mədə-bağırsaq xəstəlikləri geniş yayılma ehtimalı daha çox olur. O qeyd edib ki, burada birinci növbədə ərzaq məhsullarının istehsalından sonra saxlanması və realizasiya müddətinin gözlənilməsi diqqət mərkəzində saxlanılır: “Yay mövsümündə bəzi məhsullar tez xarab olur. Lakin bir sıra hallarda tez xarab olan məhsullar digər təkrar emaldan keçirilərək yeni bir məhsul kimi satış yerlərinə aparılır. Bunun da qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar