Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik
29 fevral 2016 15:52 (UTC +04:00)

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik

0

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində “3 il” sözü “4 il” sözü ilə əvəz olunub. 

 

Həmin müddəaya əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa Məcəllənin qüvvəyə mindiyi gündən 4 il sonra qüvvəyə minir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar