Bu il seçici siyahısına 558 min nəfər əlavə edilib. Lent.az-ın məlumatına görə, bu barədə Azəri Gənclər Alyansının təşkil etdiyi “Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu” mövzusunda dəyirmi masada deyilib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən toplantıya millət vəkilləri, taninmış QHT rəhbərləri, hazırda xaricdə təhsil alan və məzun olan gənclər və media mənsubları qatılıblar.
Alyansın sədri Leyla Məmmədli deyib ki, 2013-cü ilin prezident seçkilərində 19-30 yaş arası gənclər seçicilərin təxminən 30%-ni təşkil edir. Bu baxımdan 2012-cü il seçkilərini “gənclərin seçkisi” hesab etmək olar: “Bu gün Azərbaycanda gənclərin seçkilərdə fəal olması üçün heç bir maneə yoxdur. Bu səbəbdən xaricdə təhsil alan gənc seçicilər seçkilərdə fəal iştirak etməli və vətəndaş borclarını yerinə yetirməlidirlər”.