
Səbail RİH-də jurnalistlərlə görüş olub
Milli Mətbuat günü ərəfəsində Səbail rayonunda jurnalistlərlə görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə rayon rəhbərliyi, eləcə də 60-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Görüşü giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayıb və bildirib ki, bu il artıq 139 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
KİV-lərlə RİH arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirib ki, 2012-ci ildə KİVDF ilə birgə «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir və «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilib, müsabiqədə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunub.
Səbail rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış ediblər.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti və KİVDF ilə birgə yeni fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınıb.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 60-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.
Oxşar yazılar

Cənubi Qafqazda ən ucuz taksi hansı ölkədədir?
6 may 2025 , 19:20
Smartfonun təsiri hansı cins üçün xüsusilə təhlükəlidir? - ARAŞDIRMA
6 may 2025 , 19:06
May hər şeyi dəyişdirə bilər: Bəxtəvərlər siyahısına düşən BÜRCLƏR
6 may 2025 , 18:38
Mülki silah deyəndə nə nəzərdə tutulur? - CAVAB
6 may 2025 , 17:42
Bu əraziyə qar yağır, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
6 may 2025 , 16:50
Kağız parçasından fərqlənməyən diplomlar - Bu universitetləri seçməyin! - SİYAHI
6 may 2025 , 16:02Sabahın tibbi-meteoroloji PROQNOZU
6 may 2025 , 15:34