TQDK SAT imtahanlarının tarixlərini açıqladı
30 iyun 2015 16:07 (UTC +04:00)

TQDK SAT imtahanlarının tarixlərini açıqladı

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015 və 2016-cı illərdə keçiriləcək SAT imtahanlarının tarixlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən  məlumata görə, SAT imtahanları 3 oktyabr, 5 dekabr, 23 yanvar, 7 may ( 2016), 4 iyun (2016) tarixlərində keçiriləcək. Qeyd edilən tarixlərdə SAT imtahanlarına qeydiyyat artıq başlanıb.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar