Samira talassemiya xəstəsi üçün bunu etdi
14 noyabr 2013 11:06 (UTC +04:00)

Samira talassemiya xəstəsi üçün bunu etdi

Müğənni Samira Allahverdi talassemiya daşıyıcısı olan Vəzirxan İsgəndərov üçün təşkil olunan yardım aksiyasında iştirak edib.

Lent.az-ın verdiyi məlumata görə, müğənni bu məqsədlə ticarət mərkəzlərinin birində solo konsert verib. 

Samira müğənni həmkarlarını və pərəstişkarlarını 8 ildir həyatda qalmaq uğrunda mübarizə aparan Vəzirxan İsgəndərova dəstək olmağa çağırıb.

 

Xatırladaq ki, Vəzirxana hər iki həftədən bir qan köçürülməlidir. Bu əməliyyat donor ilə 90 min, donorsuz 150 min avro təşkil edir.

 

Qeyd edək ki, yardım konsertində 4053 dollar, 106 manat yığılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067
avatar

Yalçın UĞUR

Oxşar yazılar