Şamaxinkadakı yaşıllıq sahəsinə asfalt çəkdilər
13 mart 2013 10:29 (UTC +04:00)

Şamaxinkadakı yaşıllıq sahəsinə asfalt çəkdilər

Bakıda daim tıxac və nəqliyyat sıxlığının müşahidə olunduğu Şamaxinka ərazisində yerləşən və Sumqayıt şəhərinə gediş-gəlişi təmin edən tunel tipli yol ötürücüsünün üzərindəki yaşıllıq örtüyü asfalt örtüklə əvəzlənib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürəsliyev Lent.az-a bildirib ki, ərazidə salınmış yaşıllıq zolağı bəzi sürücülər və piyadalar tərəfindən məhv edildikdən sonra qərara alınıb ki, burada asfalt örtüyü salınsın: “Həmin ərazidə iki yolun arasında bir neçə il əvvəl çox gözəl yaşıllıq sahəsi yaradılmışdı. Lakin bəzi sürücülər öz maşınlarını bardürlərin də üstündən aşıraraq yaşıllıq sahəsini girir və yaşıllığı məhv edirdi. Piyadalar da bitkilərin üstündən hərəkət etməklə burada yaradılmış suvarma, drenoaj sistemini sıradan çıxardılar, dekorativ bitkilər ayaq altında qalaraq tələf oldu”.

 

P.Mürsəliyev onu da bildirib ki, bir müddət əvvəl yolda yeni hərəkət zolağı salınıb: “Yeni dönmə zolaqları da istifadəyə verilərək nəqliyyatın hərəkəti üçün normal şərait yaradılıb:  “Dönmə zolaqlarının sayı-ə çatdırılsa da yenə də məsuliyyətsiz sürücülər yeni salınmış bardürlərin üstündən yaşıllıq sahəsinə daxil olurdu, bəzi yerlərdə də bardürlər sındırılmışdı. Bütün bunları nəzərə alaraq ərazidəki yaşıllıq sahəsini asfalt örtüklə əvəzləmək qərarına gəldik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar