Sahibkarların maraqları ilə bağlı yeni QAYDA
01 iyul 2013 10:29 (UTC +04:00)

Sahibkarların maraqları ilə bağlı yeni QAYDA

Nazirlər Kabineti “Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları”nı təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb.

 

İqtisadi şəraitin təhlili gömrük orqanları tərəfindən aşağıdakı hallarda aparılır: 

- malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin alınması üçün müraciət olunduqda;

- malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərməsi barədə kifayət qədər əsas olduqda;

- yerli istehsalçıların və ya aidiyyəti qurumların əsaslandırılmış müraciəti olduqda.

İqtisadi şəraitin təhlili aparılarkən xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istismar olunduğu sahənin iqtisadi artım tempinə təsir dərəcəsi müqayisə edilir. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitə dair əldə edilmiş bütün məlumatların təhlilinin nəticəsi əsasında müəyyənləşdirilir. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərməsi ilə bağlı gömrük orqanlarına təqdim edilmiş məlumatlar yalnız müvafiq təhlilin aparılması məqsədi ilə istifadə olunur.

Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ixtisaslaşdırılmış qurumlar da cəlb edilə bilər. Aparılmış təhlilin nəticəsi üzrə malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərdiyi müəyyən edildikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazənin verilməsindən imtina edilir.

 

Ramiz Mikayıloğlu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar