Bakıda bu küçə təmir olunur
10 iyul 2015 10:40 (UTC +04:00)

Bakıda bu küçə təmir olunur

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Lent.az-ın “Azəryolservis” ASC-nin saytına istinadən verdiyi məlumata görə, işlər çərçivəsində Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsi təmir olunur. Təmir işləri küçənin “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır.

Uzunluğu 690, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklər  bərkidilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınır. Ümumilikdə küçənin 10800 kvadrat metr sahəsinə yeni  asflat-beton örtüyünün döşənməsi planlaşdırılıb.

Bundan başqa Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində köhnə səki daşlarının yeniləri ilə əvəzlənməsi işləri də aparılır. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Qeyd edək ki, bu işlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172

Oxşar yazılar

Bu marşrut xəttinə də yeni avtobuslar  verildi

Bu marşrut xəttinə də yeni avtobuslar verildi

24 may 2025 , 15:38
Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ

Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ

24 may 2025 , 14:30
Sabah bu yerlərə qar yağacaq  - PROQNOZ

Sabah bu yerlərə qar yağacaq - PROQNOZ

24 may 2025 , 12:44
Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

24 may 2025 , 11:22
Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

24 may 2025 , 09:09
Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46