Sabahın havası- <span style="color:red;">duman, çiskin
02 mart 2016 12:21 (UTC +04:00)

Sabahın havası- duman, çiskin

 

Martın 3-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən  yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin  olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman, çiskin olacağı gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə,  gündüz 16-21 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar