Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 21-i axşamdan respublikanın rayonlarında qeyri-sabit və yağışlı hava şəraiti gözlənilir.
Temperatur rejimi bütün kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması üçün kifayət qədər olacaq, lakin Mərkəzi-Aran rayonlarda yağışlı hava şəraiti pambıq bitkilərində qozaların açılması və pambığın yetişməsini, yığımını və açıq havada qurudulmasını çətinləşdirəcək. Əksər rayonlarda şimşəklə müşayiət olunan yağışlar bağlarda meyvələrin, bostanlarda tərəvəzin və üzümün yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin görülməsini çətinləşdirəcək, lakin bununla yanaşı, torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına səbəb olacaq.