Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl qeyri-iş günü olacaq.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün – 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.