Sabah yenə yağış yağacaq
21 aprel 2013 14:53 (UTC +04:00)

Sabah yenə yağış yağacaq

0

Aprelin 21-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, temperatur gecə 5-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

 

Bakıda gecə 7-9 dərəcə, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

 Azərbaycanın rayonlarında isə havanın havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 3-8, gündüz 12-18 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti təşkil edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1303

Oxşar yazılar