Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13° isti, gündüz 17-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.