Noyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Havanın temperaturunun gecə 10-15, günün birinci yarısında 20-25, axşama doğru isə 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Arabir güclənən Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.