Nizami rayonu və paytaxtın bir sıra ərazilərində su olmayacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah saat 00:00-dan Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə 24 saat müddətinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.