Sabah Bakının bu ərazisində su olmayacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.