Sabah ölkənin bir sıra bölgələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Goranboy” və Astara magistral qaz kəmərləri sahəsinin “Astara” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, təmir işləri aparılan müddətdə Astara şəhərinin və Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.