Sabah Binəqədi qəsəbəsində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.-az verilən məlumata görə, səbəb Ceyranbatan-Binəqədi magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.