Saatlıya çəyirtkə hücumu: 500 hektar əkin sahəsi məhv olub
19 iyun 2013 12:44 (UTC +04:00)

Saatlıya çəyirtkə hücumu: 500 hektar əkin sahəsi məhv olub

Saatlı rayon sakini, fermer Salman Mirzəyev rayondakı əkin sahələrinə çəyirtkə hücumu etməsi ilə bağlı Lent.az-a müraciət edib. S. Mirzəyev müxbirimizlə söhbətində bildirib ki, çəyirtkələr Saatlının Qaralar, Qaracalar və Gomuşlu kəndlərini ərazisindəki 500 hektardan artıq bostan və ot sahəsini demək olar ki, məhv edib: “Bir ay öncə İmişlidəki “Küdürlü” deyilən əraziyə də çəyirtkə hücumu olmuşdu. Rayon Bitki Mühafizə Şöbəsi tərəfindən ziyanvericilərin məhvi üçün dərman səpilib: “Amma  “Küdürlü”dən keçən çəyirtkələrin qarşısını almaq mümkün olmadı”.

S. Mirzəyev təkliflə də çıxış edib: “Ziyanvericilərin qarşısını almaq üçün mütləq təyyarələrdən dərman səpilməlidir. Traktorla səpilən dərman çəyirtkələrin qarşısını tam ala bilmir. Çünki dəyirman hara səpilirsə, orda çəyirtkələr qırılır. Digər yerlərdə isə qalır”.

 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə zəng etsək də,  qurumdan cavab verən olmadı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1156

Oxşar yazılar