Rus bölməsi abituriyentləri üçün Apelyasiya Komissiyası yaradılıb
11 aprel 2017 11:03 (UTC +04:00)

Rus bölməsi abituriyentləri üçün Apelyasiya Komissiyası yaradılıb

 

Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir.

 

Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar